8113 nəfər həbs olunub - Türkiyədəki hadisələrlə bağlı rəsmi açıqlama

8113-nefer-hebs-olunub
Oxunma sayı: 1367

Türkiyədə çevriliş cəhdindən sonra həbs edilən və nəzarətə götürülənlərin sayı açıqlanıb.

“Qafqazinfo”Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin Daxili işlər naziri Əfqan Ala əməliyyatlarla bağlı son rəqəmləri açıqlayıb. Ə.Alanın sözlərinə görə, aralarında 1012 nəfəri əsgər olmaqla, 15846 şübhəli saxlanılıb.

Bundan əlavə, məhkəmə 8113 nəfərlə bağlı həbs hökmü verib.

Aysel Kərimova