82 yaşlı qadın evində ölü aşkarlandı

82-yasli-qadin-evinde-olu-askarlandi
Oxunma sayı: 1140

Sumqayıtda mənzildən qadın meyiti tapılıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Heybətova Məleykə Qaytaran qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.