"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən mənzilində köməksiz vəziyyətdə qalan qadın Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən xilas edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya verməyib. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə qadını halsız vəziyyətdə tapıblar.
Son xəbərlər
Son Xəbərlər