82 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü

82-yasli-qadin-sirke-tursusundan-zeherlenib-oldu
Oxunma sayı: 1332

Şəkidə 82 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə ötən gün şəhərin Salman Mümtaz küçəsindəki yaşayış evlərinin birində baş verib. 1940-cı il təvəllüdlü İsmayılova Həqiqət Əhməd qızı  sirkə turşusu içib və hadisə yerindəcə zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Mübariz Məmmədov