Məsələ ilə bağlı “BakıKart” layihəsinin rəhbəri Ceyhun Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yaxın günlərdə həmin stansiyada əlavə aparatlar quraşdırılacaq: “Bütün stansiyalarda ən azı 2 ədəd kart satış və yükləmə aparatları quraşdırılıb. “Cəfər Cabbarlı” stansiyasında bu gün quraşdırılacaq. Amma biz istədiyimiz qədər aparatı bir gün ərzində quraşdıra bilmirik. Çünki sərnişinlərimizin əlində “Metrokart”lard a var. Onlar da öz əməliyyatlarını həyata keçirə bilməlidirlər. Bu kart satış və yükləmə aparatları Metropolitenin aparatlarının yerinə quraşdırıldığı üçün biz müəyyən sayda kart satdıqdan sonra aparatların sayını artıra bilərik. Sizə müraciət olunan “Əhmədli” stansiyasında iki vestibüldən birində 2, digərində 3 ədəd kart satış və yükləmə aparatı quraşdırılıb. Yaxın günlərdə “Əhmədli” stansiyasında aparatların sayı daha da artırılacaq. Çünki artıq həmin stansiyadan gələn sərnişinlərin “BakıKart”dan istifadəsində artım müşahidə edilir. Biz kartlar və aparatlarla yanaşı, turniketlərin də sayını artırırıq”.
C.Əliyev bu günə olan hesablamalara görə neçə kart satıldığını açıqlayıb: “BakıKart”a olan maraq bizi də çox sevidirir. Gözlədiyimizdən artıq kart satışı həyata keçirilib. Avqustun 8-dən avqustun 12-si saat 13:20-ə olan hesabata görə, 78902 ədəd daimi plastik kart, 3518 ədəd isə məhdud istifadə üçün olan kart satılıb. Ümumi olaraq 82420 “BakıKart” kartı satılıb. Hava limanı və “28 May” metrostansiyası arasında işləyən “BakuBus” marşrutu üçün də məhdud istifadə üçün kartlardan istifadə olunur. Qeyd etdiyim rəqəmin bir hissəsi də həmin marşrut xətti üçün satılıb”.
Layihə rəhbəri qeyd edib ki, “BakuBus”da lazım olan bütün avadanlıqlar quraşdırılıb: “Hazırda “BakıKart”ların “BakuBus” avtobuslarında işləməsi həmin marşrut xətlərinin işə başlamasından asılıdır. “BakuBus” ilk andan etibarən hər hansı nağd ödəniş qəbul etməyəcək”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər