83 yaşlı Kəlbəcər sakini yandı

83-yasli-kelbecer-sakini-yandi
Oxunma sayı: 1121

Yevlax rayonunda yaşayan Kəlbəcərdən olan məcburi köçkün yanıq xəsarətləri alıb.

"Qafqazinfo"nun məlumatına görə, 1936-cı il təvəllüdlü Məmmədov Əlqəmə Əmrah oğlu arı ailəsi üçün qutu düzəldən zaman yanğın baş verib. O, alovu söndürmək istəyərkən yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən kişinin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli