83 yaşlı kişi yanaraq öldü

83-yasli-kisi-yanaraq-oldu
Oxunma sayı: 951

Zaqatalada yanğın olub.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 56 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları və taxtadan ibarət arakəsmə 5 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1934-cü il təvəllüdlü Musa Rəsul oğlu Musayevin cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.