84 kiloqramlıq mənşəyi bilinməyən ət aşkarlandı

84-kiloqramliq-menseyi-bilinmeyen-et-askarlandi
Oxunma sayı: 731

Zaqatala şəhərində mənşəyi məlum olmayan ət aşkar edilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 9-da Zaqatala şəhəri ərazisində reyd keçirilib.

Şəhər ərazisində yaşayan Knyaz Hüseynovun evinin həyətinə baxış zamanı oradan 84 kiloqram çəkidə mənşəyi məlum olmayan ət aşkar edilib.

 Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.