Məşhur biznesmen, media holdinqinin rəhbəri Rupert Murdoch amerikalı aktrisa-model Jerry Hall ilə nişanlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə The Times qəzeti məlumat yayıb.
84 yaşlı Murdoch bacısı vasitəsi ilə tanış olduğu 59 yaşlı modellə nişanlanma xəbəri ölkə gündəmini bir-birinə vurub.
Cütlük ilk dəfə Londonda keçirilən Rugby Dünya Kubokunun finalında mətbuat qarşısına çıxmışdı.
Xatırladaq ki, daha əvvəl üç dəfə evlənən Murdochun altı övladı var. O, sonuncu həyat yoldaşı Çinli Wendi Denglə 2013-cü ildə boşanmışdı.
1970-ci illərdə model olaraq məşhurlaşan Hall isə əfsanəvi Rolling Stone qrupunun solisti Mick Jagger ilə 1990-cı ildə İndoneziyada evlənmişdi.
1999-cu ildə boşanan Hallun 4 övladı var.
Son xəbərlər
Son Xəbərlər