84 yaşlı kişini maşın vurdu, öldü

84-yasli-kisini-masin-vurdu-oldu
Oxunma sayı: 1725

Qəbələ rayonunda 84 yaşlı kişini maşın vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunun Soltannuxa kəndi ərazisindən keçən hissəsində baş verib.

“VAZ-2106” markalı avtomobilin sürücüsü Yusif Yusifli yolu keçən Sontannuxa kənd sakini, 1938-ci il təvəllüdlü Sultanov İsmayıl Ağamurad oğlunu vurub.

İ.Sultanov yerləşdirildiyi Qəbələ Diaqnostika Mərkəzində ölüb. Faktla bağlı araşdırma aparılır.