Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 84 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilənlər - Zabil Məmmədov, İlyas Məmmədov və Ceyhunə Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Zabil Məmmədov 18 il, İlyas Məmmədov 17 il və Ceyhunə Qurvanova isə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2016-cı il mayın 4-də Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər