Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 84 yaşlı qadını öldürməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü İlham Aslanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə İ.Aslanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin martın 21-də Quba şəhərində yaşayan 18 yaşlı İlham Aslanov 84 yaşlı Gülpəri Musayevanın yaşadığı evə qarət məqsədi ilə girərək ev sahibəsini boğaraq qətlə yetirib.
O, qadını öldürdükdən sonra mənzildən 103 manat pul aparıb. Qadını da həyətdə gözdən uzaq bir yerdə basdırıb. Qətlin üstü həmin ilin iyun ayında açılıb. A.Aslanov polisə ifadəsində hər şeyi etiraf edib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər