84 yaşlı qadını maşın vurdu

84-yasli-qadini-masin-vurdu
Oxunma sayı: 1068

Gəncədə yaşlı qadını maşın vurub.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1936-cı il təvəllüdlü Zəhra Sərəcovanı vurub. Hadisəni törədən sürücü xəsarət alan qadını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli