85 yaşı var - 7-ci dəfə prezident olmaq istəyir

85-yasi-var
Oxunma sayı: 2607

Kamerun prezidenti Pol Biyaya yenidən prezidentliyə namizədliyini irəli sürüb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, 85 yaşlı ölkə başçısı "Kamerun xalqının Demokratik Birliyi" partiyasından bu posta 7-ci dəfə iddialıdır.

Biyaya Tvitterdə bu barədə yazıb: "Əziz Kamerun vətəndaşları və diaspor nümayənədəlikləri! Kamerunu daha güclü, stabil və çiçəklənən dövlətə çevrimək üçün sizin çoxsaylı xahişlərinizi nəzərə alaraq növbəti prezident seçkilərində namizədliyimi irəli sürdüm". 

Qeyd edək ki, Kamerunda prezident seçkiləri oktyabrın 7-də keçiriləcək. Pol Biyaya Kamerunu 1982-ci ildən idarə edir.