Bakıda 85 yaşlı qadın itkin düşüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, iki gün öncə evdən çıxan 1935-ci il təvəllüdlü Güləsər Əhmədova bir daha geri qayıtmayıb.
Onun Neftçilər metrostansiyası ətrafında yaşadığı bildirilir. Güləsər Əhmədovanı görənlərdən (070) 352-37-33 nömrəsinə zəng edib məlumat vermələri xahiş olunur.

Son xəbərlər
Son Xəbərlər