86 yaşlı kişi kanalda boğuldu

86-yasli-kisi-kanalda-boguldu
Oxunma sayı: 1644

Biləsuvar rayonunda boğulma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Nərimankənd sakini, 1935-ci il təvəllüdlü Şahsuvarov Şirzahid Ayaz oğlu kənd ərazisindən axan Mil-Muğan kanalına düşərək boğulub.

İlkin məlumata görə, sözügedən şəxs intihar məqsədilə özünü kanala atıb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Surxay Şahbazov