87 yaşlı kişi damdan yıxılaraq öldü

87-yasli-kisi-damdan-yixilaraq-oldu
Oxunma sayı: 2659

Oğuzda 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Qafqazinfo"nun məlumatına görə hadisə rayonun Qumlaq kəndində baş verib. Kənd sakini, 1935-ci il təvəllüdlü Zeynəddin  Ağəmmədov yaşadığı evin dam örtüyünü təmir etmək istəyən zaman ehtiyatsızlıqdan yıxılıb. Ağır xəsarət alan 87 yaşlı Z.Ağəmmmədov hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov