88 yaşlı kişi evində ölü tapıldı -

88-yasli-kisi-evinde-olu-tapildi-
Oxunma sayı: 849


“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısını açıb, 1927-ci il təvəllüdlü Səlimov Gülməmməd Dostu oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:15-də başa çatıb.

“Qafqazinfo”