İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakini 1936-cı il təvəllüdlü Həsən Aslanov yolu keçmək istəyərkən “Mercedes Vito” markalı mikroavtobus tərəfindən vurulub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər