880,7 milyon manat vəsait...

8807-milyon-manat-vesait
Oxunma sayı: 1373

2016-cı ilin yanvar ayında əsas kapitala ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən 880,7 milyon manat vəsait yönəldilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsindən Azərtac-a verilən xəbərə görə, əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 761,4 milyon manat, bank kreditləri 58,3 milyon manat, büdcə vəsaitləri 17,2 milyon manat, büdcədənkənar fondların vəsaitləri 11,5 milyon manat, əhalinin şəxsi vəsaitləri 30,8 milyon manat, digər vəsaitlər 1,5 milyon manat təşkil edib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 28,5 faizini təşkil edib.