Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən yanvar ayı ərzində 16 aptekdə yoxlama aparılıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rayonlarında isə 15 aptek olmaqla, 15 aptekdə planlı, bir aptekdə plandankənar təftiş aparılıb.
Yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.
Son xəbərlər
Son Xəbərlər