9-cu sinif şagirdi məktəb yoldaşını bıçaqladı

9-cu-sinif-sagirdi-mekteb-yoldasini-bicaqladi
Oxunma sayı: 2589

Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.  

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə şəhər 1 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.