“9-cu Zirvə Kuboku” başa çatdı- - Fotolar

9-cu-zirve-kuboku-basa-catdi-
Oxunma sayı: 1234


"Qafqazinfo"ya daxil olan məlumata görə, yarışda Azərbaycan da daxil olmaqla, klubumuzun 12 ölkədən – Türkiyə, Rusiya, İran, Gürcüstan, İsrail, Bolqarıstan, Moldova, Belarus, Ukrayna, Polşa, ABŞ – olan yüzə yaxın atleti iştirak edib. 

İlk öncə bütün filialların nümayəndələri xüsusi olaraq bu yarış üçün hazırlanmış səhnə önünə dəvət edilib. 12 ölkədən 26 klub əllərində lövhələrlə bayraq müşayiətində zala toplaşanlara təqdim olunub. Onların paradı böyük alqışlarla müşayiət olunub.

Rəsmi hissədə ilk olaraq Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edib. O, bu günün əlamətdar, sevincli bir gün olduğunu, rayonda əsl idman bayramı yaşandığını bildirib. 

Daha sonra “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov giriş sözü ilə çıxış edib. O, artıq ənənə halını alan bu yarışın yenidən yüksək səviyyədə keçirilməsindən razılığını bildirib. 

İsveçin Landskrona şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə ağır atletlərin Avropa birinciliyinin qalibi, “Lənkəran-Zirvə” nümayəndəsi Səbinə Əzimova və onun məşqçisi Taleh Hüseynova İcra Hakimiyyəti adından mənzil hədiyyə edilib.

Bundan sonra açılış mərasiminin bədii hissəsi başlayıb. Cənub zonasının simvolu olan məşhur “Nənələr” qrupu, “Azəristar” yarışmasının qalibi Tural Babazadə və tanınmış müğənni Sevda Ələkbərzadə çıxış ediblər.

“Qafqazinfo”