9 gün sonra xilas edildilər - Video

9-gun-sonra-xilas-edildiler
Oxunma sayı: 5978

Türkiyədə ötən həftə baş verən dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə işləri davam etdirilir.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda zəlzələdən 198 saat sonra iki nəfər xilas edilib.

17 yaşlı Muhammet Enes20 yaşlı qardaşı Abdulbaki dağıntılar altından sağ çıxarılıb.

Hazırda burada daha bir nəfərin xilas edilməsi ilə bağlı işlər davam etdirilir.

***

FHN-in yaydığı məlumata görə, xilasetmə əməliyyatında Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri də iştirak edib: "Azərbaycan FHN-in xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar".

***

Adıyamanda da 18 yaşlı Muhammed Cafer Çetin adlı gənc 198 saat sonra xilas edilib.