9 mərtəbəli binada yanğın - Foto

9-mertebeli-binada-yangin
Oxunma sayı: 1308

Bakıda yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Nərimanov rayonu, Çaykovski küçəsi 4 ünvanında qeydə alınıb.

Yanğın 9 mərtəbəli binanın 7-ci mərtəbəsində başlanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb, xəsarət alan yoxdur.