9 nəfər “Amanda”nın qurbanı oldu - Video

9-nefer-amandanin-qurbani-oldu
Oxunma sayı: 1373

Salvador ərazisində hökm sürən “Amanda” qasırğası səbəbindən azı 9 nəfər həyatını itirib. “Qafqazinfo” “EFE” agentliyinə istinadən bildirir ki, bu barədə yerli DİN başçısı Mario Duran məlumat verib.

“Həlak olanların hesablanması davam edir”, - o deyib.

Nazir əlavə edib ki, ölkənin bəzi regionlarında elektrik enerjisinin verilişində problemlər müşahidə olunur.

Daha əvvəl Salvadorun Prezidenti Nayib Bukele qasırğa səbəbindən ölkədə 15 günlük fövqəladə vəziyyət elan olunduğunu bildirmişdi.