9 ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb onların Türkiyədə yerləşən konsulluqlarını bağlamasıdır.
Qeyd edək ki, həmin ölkələr terror aktı təhlükəsi ilə konsulluqlarının fəaliyyətini dayandırıblar.
Xatırladaq ki, İsveçrə, Fransa, Almaniya, Belçika, Hollandiya və İngiltərə İstanbuldakı konsulluqlarını müvəqqəti bağlayıb.
Son xəbərlər
Son Xəbərlər