9 otaqlı lüks evi bəyənməyib köçdülər

9-otaqli-luks-evi-beyenmeyib-kocduler
Oxunma sayı: 4689

Türkiyənin tanınmış müğənnisi Berkay Şahin lüks həyatı ilə yenidən gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən məlumat verir ki, uzun illər Beykozda yerləşən lüks villada yaşayan cütlüyün aylıq 300 min TL (27 360 manat) kirayə pulu ödədiyi iddia edilir. Lakin sənətçinin həyat yoldaşı Özlem Ada Şahin 9 otaqlı və xüsusi hovuzlu evdə özünü rahat hiss edə bilməyib və evi bəyənmədiyindən cütlük bir neçə ay əvvəl İstinyedə yerləşən 5 otaqlı mənzilə köçüb.

Berkay "O gözəl bağ evindən niyə bu dar mənzilə köçdün?" sualına belə cavab verib: "Böyük evdə yaşamaq çətindir. Həyatımda böyük ev problemlərinin olmasını istəmirəm. Özümə, ailəmə və övladlarıma vaxt ayırmaq daha vacibdir. Bura köçməyimizin ən böyük səbəbi övladlarımın məktəbinə yaxın olmasıdır".