9 rəhbər şəxs vəzifəsindən azad olundu

9-rehber-sexs-vezifesinden-azad-olundu
Oxunma sayı: 6602

Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Monitorinqlərin keçirilməsi barədə” 29 aprel 2024-cü il tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir. 

Lənkəran-Astara Regional Təhsil İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, monitorinqlər nəticəsində aşkarlanan bir sıra nöqsanlar nəticəsində 9  təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. 

Rəhbəri vəzifəsindən azad olunan müəssisələr aşağıdakılardır:

- Astara şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- Astara şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru
- Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri
- Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri
- Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru
- Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru
- Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru
- Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru

Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.