9 yaşlı qız qəzada həyatını itirdi

9-yasli-qiz-qezada-heyatini-itirdi
Oxunma sayı: 1803

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Qarxun kəndi ərazisində “Mercedes” və “VAZ 2104” markalı iki avtomobil toqquşub. Nəticədə “VAZ 21 04”də olan 9 yaşlı qız aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam Rza