90 dəqiqə ərzində cəmi 7 dəfə topa toxundu

90-deqiqe-erzinde-cemi-7-defe-topa-toxundu
Oxunma sayı: 5597

"Çelsi"nin futbolçusu Romelu Lukaku antirekord müəyyənləşdirib.

"Qafqazinfo" xəbər verir ki, belçikalı hücumçunun antirekordu Premyer Liqanın 26-cı turunda "Kristal Pelas"a 1:0 hesabı ilə qalib gəldikləri matçda qeydə alınıb. 90 dəqiqə meydanda olan forvard topa cəmi 7 toxunuş edib.

Bu isə bu cür statistikaların toplanmağa başladığı 2003/2004 mövsümündən bəri matçın startından final fitinədək meydanda olan oyunçu üçün ölkə çempionatında ən zəif göstəricidir.