Bu gün ABŞ prezidenti Barak Obama Kubaya səfər edəcək.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, üç gün davam edəcək tarixi səfərdə prezidenti xanımı Mişel Obama ilə yanaşı qızları Saşa və Mala da müşayiət edəcək.
Məlumata görə, Barak Obama ilk olaraq Kuba dövlət başçısı Raul Kastro ilə görüşəcək. Kubalı sahibkarlarla da bir araya gəlməyi planlaşdıran Obama, şou məqsədi ilə oynananılacaq beyzbol qarşılaşmasını da izləyəcək.
Ağ Ev Barak Obamanın Kubanın əfsanəvi lideri Fidel Kastro ilə görüşməyəcəyini iddia edir. Vaşinqton rəhbərliyi 2014-cü ildə, 50 ildən artıq bir müddət sonra Kuba ilə münasibətləri normallaşdırmağı qərarı aldıqdan sonra səfirliklər qarşılıqlı olaraq yenidən açılmışdı.
Qeyd edək ki, Barak Obama 90 il sonra Kubaya səfər edəcək ilk ABŞ prezidenti olacaq.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər