90 milyonluq müqavilə imzalayır - Adel rekordu yenilədi

90-milyonluq-muqavile-imzalayir
Oxunma sayı: 2037

Məşhur müğənni Adel musiqi tarixində ən yüksək rəqəmli müqaviləyə imza atmağa hazırlaşır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, "Sony Music" şirkəti sənətçiyə əməkdaşlıq üçün 90 milyon sterlinq dəyərində təklif irəli sürüb. 

Musiqişunaslar Adelin başqa şirkətə transfer olmasının uğurlu olacağını bildiriblər.

Onu da qeyd edək ki, müğənni iki gün əvvəl "XL Recordings" şirkəti ilə ərsəyə gətirdiyi “Send My Love” mahnısını musiqi bazarına təqdim edib.

Xatırladaq ki, sözügedən mahnı və klip Billboard Musiqi Mükafatları gecəsində təqdim olunmuş, müğənni “ən yaxşı sənətçi” nominasiyasına sahib çıxmışdı.

Qeyd edək ki, bundan əvvəl "Sony Music" şirkəti ən yüksək məbləğli təklifi müğənni Robbie Williamsa təklif etmiş, sənətçi EMİ şirkətindən 80 milyon dollara transfer olmuşdu.

Adel bu günə kimi albom satışları və keçirdiyi konsertlər sayəsində 85 milyonluq sərvətə sahib olub. O, bu sərvətiylə İngiltərənin ən zəngin qadın musiqiçisidir.