90 ölkə Ukrayna ilə bağlı İveçrədə keçiriləcək konfransda iştirakla bağlı qeydiyyatdan keçib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı İsveçrə Prezidenti Viola Amherd açıqlayıb.
Onun sözlərinə görə, həmin dövlətlərdən yarısı Avropa və Şimali Amerika, digər yarısı isə isə Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiya ölkələridir.
Qeyd edək ki, iyunun 15-16-da baş tutacaq bu konfransa ümumilikdə 120 dövlət dəvət olunub. Rusiya tədbirə dəvət edilməyib. Çin və Pakistan isə iştirak etməyəcəyini açıqlayıb. ABŞ-ı isə konfransda ölkənin vitse-prezidenti Kamala Harris təmsil etməlidir.
Son xəbərlər
Son Xəbərlər