90 yaşlı eks- prezident paraşütdən tullandı - - Fotolar

90-yasli-eks-prezident-parasutden-tullandi-
Oxunma sayı: 1195


Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, o, yubileyini paraşütdən tullanmaqla qeyd edib.

Mənbə xatırladıb ki, Buş 75, 80 və 85 yaşlarında da paraşütdən tullanıb.

ABŞ-ın 41-ci prezidenti Parkinson xəstəliyindən əziyyət çəkdiyi üçün əl arabasında hərəkət edir. Təhlükəsizlik baxımından 90 yaşlı siyasətçi təcrübəli hərbi paraşütçü çavuş Mayk Elliottla birlikdə tullanıb.

1997-ci ildə, 73 yaşlı Buş həyatında ikinci dəfə paraşütdən tullanarkən, dünyanı təəccübləndirmişdi. İlk dəfə o, 1945-ci ildə ikinci dünya savaşı zamanı paraşütdən istifadə edib.

Keçmiş prezidenti təbrik etməyə 200-ə yaxın qonağın gedəcəyi gözlənilir.  Buş ailəsinin təmsilçisi Cim Makqrasın sözlərinə görə, mərasimə onun 5 övladı, o cümlədən ölkənin 43-cü prezidenti kiçik Buş da qatılacaq.

Xatırladaq ki, böyük Corc Buş 1989-1993-cü illərdə ABŞ-ın prezidenti olub. 1981-1989-cu illərdə ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqanın müavini vəzifəsində çalışıb.

Bundan başqa o, konqresmen, ABŞ-ın BMT-dəki nümayəndəsi, ölkəsinin Çindəki özəl təmsilçisi və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub.