90 yaşlı eks-senator 50 yaşlı həmcinsi ilə evlənir

90-yasli-eks-senator-50-yasli-hemcinsi-ile-evlenir
Oxunma sayı: 2233

Keçmiş amerikalı senator Harris Uofford həyat yoldaşını itirdikdən sonra özündən 50 yaş kiçik kişiylə ailə qurmağa hazırlaşır.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 3 uşaq atası olan 90 yaşlı senator bu barədə “New York Times” qəzetinə bildirib.

Onun “həyat yoldaşı” kimi seçdiyi Metyu Çarltonun 40 yaşı var.

Uoffordun sözlərinə görə, o, Metyu ilə 15 il öncə- leykoz xəstəliyindən əziyyət çəkən xanımı vəfat etdikdən sonra tanış olub.

Qeyd edək ki, H. Uofford 1991-95-ci illərdə Pensilvaniya ştatının senatoru olub. 1960-cı ilin əvvəlində ABŞ prezidenti Con Kennedinin yanında İnsan Haqları üzrə müşavir olub.