90 yaşlı qadının boğazından yapışıb pul istədi

90-yasli-qadinin-bogazindan-yapisib-pul-istedi
Oxunma sayı: 1352

Dekabrın 10-u saat 13 radələrində naməlum şəxs Neapol küçəsində 90 yaşlı qadının yaşadığı mənzilə aldatma yolu ilə daxil olaraq onun boğaz nahiyəsindən tutaraq pul verməsini tələb edib.

“Qafqazinfo” xəbər verir ki, zərərçəkən qadın hadisədən sonra huşunu itirib yıxıldığından həmin şəxs hadisə yerini tərk edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Akif Məmiyev saxlanılıb. O, ifadəsində hadisəni tamah məqsədi ilə törətdiyini bildirib.

Faktla bağlı Akif Məmiyev barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.