900 m² sahə yanıb - FHN-dən rəsmi məlumat

900-m-sahe-yanib
Oxunma sayı: 1220

Fövqəladə Hallar Nazirliyi dünən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, rəsmi məlumata görə, ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yanıb.

Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.