“Azərbaycanda 4 məktəbdən 3-ü və ya təhsil müəssisələrinin 75-80 faizi tədrisə yararlı vəziyyətdədir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Hədəf” verilişində bildirib.
O qeyd edib ki, qəzalı məktəblər tədricən təmir olunur və ya yeniləri ilə əvəzlənir: “Ümumilikdə 3500 məktəbdə vəziyyət yaxşıdır. Qəzalı məktəblərimiz var, biz bunu bilirik. 900 belə məktəbi eyni anda tikib təhvil vermək çətindir. Hər il təxminən 70-80 məktəbi təmir edirik. Təmir etdikcə digər məktəblər də sıradan çıxa bilər. Hansısa məktəbin damında uçuq olanda və ya hansısa problem yarananda çalışırıq dərhal reaksiya verək”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər