900 “Taliban” üzvü sərbəst buraxıldı

900-taliban-uzvu-serbest-buraxildi
Oxunma sayı: 1329

ABŞ və “Taliban” arasında əldə olunan razılaşmaya əsasən Əfqanıstan həbsxanalarında cəza çəkən 900 “Taliban” üzvü azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Təhlükəsizlik Şurasının sözçüsü Cavid Feysal mətbuata açıqlama verib. O, bu addımın “Taliban” qruplaşması ilə danışıqların davam etməsi məqsədilə atıldığını bildirib. Bununla azadlığa buraxılan “Taliban” məhbuslarının sayı 2000-ə çatıb.

Feysal azadlığa buraxılan məhbusların şəxsiyyətinin müəyyənləşdirilməsi sistemindən keçdiyini və yenidən döyüşməyəcəklərinə dair öhdəlik götürdüklərini bildirib.

Digər tərəfdən, “Taliban”ın Qətər Ofisinin sözçüsü Suhail Şahin qruplaşma tərəfindən tutulan əsirlərin böyük hissəsinin sərbəst buraxılacağını açıqlayıb. Bu günə qədər isə “Taliban”ın 250 əsiri sərbəst buraxdığı bildirilib.