91 yaşlı türk koronavirusa qalib gəldi

91-yasli-turk-koronavirusa-qalib-geldi
Oxunma sayı: 3657

İngiltərənin paytaxtı Londonda yaşayan 91 yaşlı İbrahim Özalp koronavirusdan sağalıb.

"Qafqazinfo" "CNN Türk"ə istinadən xəbər verir ki, Özalp, 10 gün əvvəl ürək sıxılması səbəbiylə Londonun şimalındakı Homerton Xəstəxanasına aparılıb və aparılan testlər nəticəsində onun koronavirusuna yoluxduğu məlum olub. Türk xəstəsi ilə bağlı açıqlama verən həkimlər Özalpın güclü immunitetinə görə xəstəlikdən sağaldığını bidiriblər. 

Qeyd edək ki, İngiltərədə koronavirusa yoluxanların ümumi sayı 6500-ə, ölənlərin sayı isə 335-ə çatıb.