92 illik antirekord təkrarlandı

92-illik-antirekord-tekrarlandi
Oxunma sayı: 2562

İngiltərə Premyer Liqasının 26-cı turunda “Liverpul”a məğlub olan (0:7) “Mançester Yunayted” antirekordu təkrarlayıb.

“Qafqazinfo” xəbər verir ki, “qırmızı şeytanlar”ın 1931-ci ildən sonra ən böyük hesablı məğlubiyyəti yenidən qeydə alınıb.

Mançester təmsilçisi daha əvvəl eyni hesabla “Blekbern” (1926), “Aston Villa” (1930) və “Vulverhempton”a (1931) da uduzub.