92 yaşlı qadın yanaraq öldü

92-yasli-qadin-yanaraq-oldu
Oxunma sayı: 1730

Göyçayda qadın yanaraq ölüb. "Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Əli Kərimli küçəsində baş verib.

Belə ki, 1928-ci il təvəllüdlü şəhər sakini Kərimova Şura Həzrətqulu qızı mətbəxdə yemək hazırlayarkən qazla ehtiyatsız davranıb. Nəticədə qadın yanaraq, müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli