92 yaşlı qadının başına iş gəldi

92-yasli-qadinin-basina-is-geldi
Oxunma sayı: 2226

Zaqatalada 92 yaşlı qadın ehtiyatsızlıqdan yanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun A.Həmidov küçəsi, döngə 1, ev 15-də qeydə alınıb. 

Həmin mənzildə yaşayan, 1928-ci il təvəllüdlü Məmmədova Asya Qurban qızı evdə sobanın qarşısında oturarkən əynindəki paltar od tutub. Qadının bədəninin çox hissəsi yanıb.

A.Məmmodova dərhal Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər vəziyyətinin ağırlığını nəzərə alaraq onu Bakıdakı xəstəxanalardan birinə göndəriblər.

Mübariz Muradov