93 yaşlı kişinin evi yanıb kül oldu - Fotolar

93-yasli-kisinin-evi-yanib-kul-oldu
Oxunma sayı: 2539

Qaxda üçotaqlı ev tamamilə yanıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın hadisəsi rayonun Qaşqacay kənd sakini, 1929-cu il təvəllüdlü Əfəndiyev Nadir İmam oğluna məxsus yaşayış evində baş verib.

Hadisə yerinə iki yangınsöndürən maşın və şəxsi heyyət cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 65 kv/m olan kürsülü bir mərtəbəli və üç otaqdan ibarət olan yaşayış evinin yanar konstruksiyaları və içərisində olan əşyalar tamamilə yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov