93 yaşlı polkovnik-leytenant vəfat etdi

93-yasli-polkovnik-leytenant-vefat-etdi
Oxunma sayı: 4180

Polkovnik-leytenant, arxa cəbhə veteranı Cabbar Bəylərov ötən gün 93 yaşında vəfat edib. 

“Qafqazinfo” AMEA-ya istinadən xəbər verir ki, C. Bəylərov uzun illər qurumun Rəyasət Heyətinin Birinci xüsusi şöbəsinin rəisi vəzifəsində çalışıb. Bu illər ərzində dövlət sirrinin, eləcə də AMEA-da qapalı elmi işlərin, məxfi sənədlərin qorunmasında böyük xidmətləri olub, peşəkar fəaliyyətinə görə bir neçə dəfə medal və Fəxri fərmana layiq görülüb.

Polkovnik-leytenant C.Bəylərov həmçinin Azərbaycan Dövlət Təhlükəsizliyi orqanlarında 37 il işləyib.