Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən iyunun 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 933 qəlpə aşkar edilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, mina və partlamamış hərbi sursat (PHS) aşkarlanmayıb. Ümumilikdə 26 min 207 kvadratmetr ərazi tam təmizlənib, 9100 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Son xəbərlər
Son Xəbərlər