94 min ağac əkiləcək - Fotolar

94-min-agac-ekilecek
Oxunma sayı: 886

Gəncənin landşaftına uyğun rayonda xan çinar, sərv, şam, gül kolları və digər ağaclar əkilir.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin birinci müavini Elnur Rzayev bildirib ki, rayonda ağacəkmə aksiyası tam sürətlə davam etdirilir. O vurğulayıb ki, mərhum prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə 10 may tarixinə qədər Gəncədə 94 min ağac əkiləcək.

Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.