94 yaşında Eurovisiona qatılacaq

94-yasinda-eurovisiona-qatilacaq
Oxunma sayı: 659

Kontrabas ifaçısı Emil Ramzauer "Xilas ordusu" (Salvation Army) qrupunun üzvüdür. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu qrupun "Sən və mən" (You and me) mahnısı ötən gün İsveçrənin SSR ictimai telekanalında keçirilən səsvermədə ən çox səs toplayıb. Qrupa 20-94 yaşlı bir kişi və iki qadın daxildir.

Hazırda "Eurovision"da yaş rekordu Rusiyanın "Buranovskiye babuşki" folklor qrupunun üzvü Natalya Puqaçovaya aiddir. O, 76 yaşında Bakıdakı müsabiqədə iştirak edib.

58-ci "Eurvoision" müsabiqəsminin yarımfinalları gələn ilk mayın 14-16-da, finalı isə mayın 18-də Malmödə keçiriləcək.