Vilnüs məhkəməsi SSSR-in keçmiş müdafiə naziri 94 yaşlı Dmitriy Yazovun qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar çıxarıb. Eləcə də onun barəsində axtarışlı həbs qətimkan tədbiri seçilməsi barədə hökm oxunub.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, Yazovdan başqa, SSSR Dövlət Təhlükəsizlik Komitəsinin zabiti, “Alfa” qrupunun keçmiş komandiri 69 yaşlı Mixail Qolovatova 12 il iş verilib.
Hər iki fiqurant 13 yanvar 1991-ci ildə törədilmiş hərbi cinayətlərdə ittiham edilir. Yazov Litvanı SSSR-in tərkibinə daxil etmək məqsədilə 1990-cı ilin sonlarında əsasən 160 hərbçi və siyasi xadimlərdən ibarət qrup yaradaraq qırğın törətməkdə təqsirləndirilir.
Xatırladaq ki, 1991-ci ilin yanvarında sovet qoşunları Vilnüsdə SSRİ-nin Litvaya müstəqillik verməsini tələb edən dinc nümayişçilərə qarşı tədbirlər həyata keçirib. Baş verən hadisələr nəticəsində 14 nəfər həlak olub, 1000-ə qədər adam isə yaralanıb.
Son xəbərlər
Son Xəbərlər